Güclü küləyə görə Bakının bu ərazisi işıqsız qaldı

10:45 - 21 Aprel 2020 - Cəmiyyət

Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsində elektrik enerjisinin verilişi dayandırılıb.

Güclü külək səbəbindən Hövsan qəsəbəsi “Şüşəli Bazar” adlandırılan ərazinin bir hissəsində ötən gün axşam saatlarından işıq yoxdur.

“Azərişıq”ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Oxu.Az-a açıqlamasında bildirilib ki, güclü küləklə əlaqədar Zabrat və Hövsan qəsəbələrinin bir hissəsində elektrik enerjisinin verilişində problem yaranıb:
“Aidiyyəti üzrə ərazilərdə elektrik enerjisinin verilişinin bərpası istiqamətində işlər görülür. Qısa zamanda problem aradan qaldırılacaq”.

Xəbər xətti