“Uzun müddət gigiyenik qaydalara riayət etməliyik”

23:05 - 20 Aprel 2020 - Xəbər

"Hələ uzun müddət gigiyenik qaydalar riayət etməliyik. Bu gün, sabah yoluxma ilə bağlı rəqəmlər azaldı deyə, maskanı çıxartmaq, əli dezinfeksiya etməmək tamamilə müzakirə olunmur".

Bunu TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva AzTV-də yayımlanan "Hədəf" verilişində deyib.

Qurum rəsmisi bildirib ki, əgər biz karantin rejimindən mərhələli şəkildə çıxmaq istəyiriksə, bu o deməkdir ki, uzun müddət sosial məsafəyə, karantin qaydalarına əməl etməliyik.

"Bu bizə ciddi problemlər yarada bilər. Çalımalıyıq ki, əldə etdiyimiz nəticəni qoruyaq", - deyə Y.Qarayeva qeyd edib.///qafqazinfo

Xəbər xətti