Ermənistanda koronavirusdan ölənlərin sayı 22-yə çatdı

11:28 - 20 Aprel 2020 - Xəbər

Ermənistanda daha 2 nəfər koronavirusdan ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Məlumata görə, ölkədə virusdan ölənlərin sayı 22-yə yüksəlib.

Bundan başqa, yoluxanların sayı daha 48 nəfər artaraq 1 339-a çatıb. Bildirilib ki, indiyədək 580 nəfər virusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Xəbər xətti