Koronavirusun daha bir simptomu üzə çıxdı
11:00 - 20 Aprel 2020 - Xəbər
Koronavirusa yoluxan hər bir kəs qanda hemoqlobin səviyyəsini yoxlamalıdır.
“RİA Novosti” xəbər verir ki, italiyalı alimlərin iddiasına görə xəstəliyi ağır keçirən pasientlərdə onun səviyyəsi aşağı düşür.
Mütəxəssislərin fikrincə, hemoqlobin səviyyəsinin aşağı olması həkimləri ciddi narahat etməlidir.
Məsələ ondadır ki, pnevmoniyadan əziyyət çəkən bəzi insanlara süni tənəffüs aparatları kömək etməyə bilər.
///oxu.az