Ebolaya yoluxan xəstə klinikadan qaçdı

10:37 - 20 Aprel 2020 - DÜNYA

Konqo Demokratik Respublikasında Ebola virusuna yoluxmuş şəxsin müalicə aldığı klinikadan qaçması xəstəliyin daha geniş yayılmasına səbəb ola bilər. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) “RİA Novosti”yə məlumat verilib. Konqo hökuməti aprelin 13-də Ebola virusu üzərində tam qələbə qazanması barədə bəyanat yayacaqdı. Lakin, sonuncu adamın sağalmasından 52 gün sonra yeni yoluxma qeydə alındı. Hazırda ölkədə 6 nəfər virus daşıyıcısıdır. Son 10 gündə isə iki nəfər dünyasını dəyişib. Qeyd olunub ki, Ebola virusuna yoluxan 28 yaşlı mototaksi sürücüsü cümə günü müalicə aldığı Beni şəhərindəki tibb mərkəzindən qaçıb. Şəhər merinin müavini Muhindo Bakvanamaha bildirib ki, xəstənin axtarışları hələ nəticə verməyib. “Xəstə müalicə almadığı üçün öləcək və ətrafındakı insanlara virusu yoluxduracaq”- merin müavini bildirib.

Xəbər xətti