Gürcüstanda koronavirusa yoluxanların sayı 394 nəfərə çatıb

12:38 - 19 Aprel 2020 - DÜNYA

Gürcüstanda növ koronavirusa (COVid-19) yoluxanların sayı 394 nəfərə çatıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib. Bildirilib ki, hazırda ölkə üzrə karantində 5094 nəfər saxlanılır, stasionar müalicədə isə  547 nəfər var. Virusa yoluxmuş şəxslərdən 86-sı sağalıb, 4 nəfər isə vəfat edib.

Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.///Apa

Xəbər xətti