Çempionlar Liqası avqustun 7-də yenilənəcək

10:39 - 19 Aprel 2020 - İDMAN

Koronavirus pandemiyasına görə dayandırılmış Çempionlar Liqasının və Avropa Liqasının yenilənməsinin mümkün tarixləri məlum olub.

“Report”un məlumatına görə, bu barədə “Sky Sport Italia” bildirib Məlumata görə, Avropa Liqası oyunlarının 2-3 avqustda yenilənməsi planlaşdırılır. Çempionlar Liqası isə öz növbəsində 7-8 avqustda yenilənəcək.

Oyunlar hər üç gündən bir keçiriləcək. Daha əvvəl bildirilirdi ki, UEFA 29 avqustda Çempionlar Liqasının finalını keçirməyi planlaşdırır.

Xəbər xətti