Türkiyədə koronavirusdan bu gün 121 nəfər ölüb

21:41 - 18 Aprel 2020 - DÜNYA

Türkiyədə yeni növ koronavirusdan (COVID-19) bu gün daha 121 nəfər ölüb.

Bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında bildirib. Nazir yazıb ki, son 24 saatda 40 520 nəfər şübhəli müayinə olunub, test nəticələrinə görə, onlardan 3783-ü koronavirus infeksiyasına yoluxub.

Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 1890 nəfər ölüb, 82 329 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1894 nəfəri reanimasiyadadır, 10453 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 1822 xəstə bu gün evə buraxılıb.

Türkiyədə indiyə qədər ümumilikdə 598 933 nəfər testdən keçib.///Apa

Xəbər xətti