Rusiyada koronavirusa yoluxanların sayı 37 minə yaxınlaşır

11:48 - 18 Aprel 2020 - DÜNYA

Rusiyada son bir gündə 4 785 nəfərə koronavirus diaqnozu qoyulub, “Report” xəbər verir ki, bunu ölkənin Operativ Qərargahı açıqlayıb. Məlumata görə, bununla da yoluxanların sayı 36 793 nəfərə, ölənlərin sayı 467-yə, sağalanların sayı isə 3 057 nəfərə çatıb. Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb - 2649. Qeyd edək ki, Rusiyada koronavirusa ilk yoluxma faktı yanvarın 31-də qeydə alınıb.

Xəbər xətti