Bakıda avtobus çatışmır? Sərnişinlər avtobus gözləməklə vaxt itirir - VİDEO

09:09 - 18 Aprel 2020 - Xəbər

Karantin rejimində bir çox insan ya işə gedir, ya da SMS icazə ilə çölə çıxır. Vaxtlarının əsas hissəsini isə avtobus gözləməklə keçirirlər. Bu da öz növbəsində sıxlığa, insanların toplaşmasına səbəb olur.

Karantin rejimi başlayandan sıxlığı aradan qaldırmaq üçün mərhələli şəkildə, əvvəlcə metronun iş rejimini qısaldıldı, daha sonra tamamilə bağlanıldı. Güc düşdü şəhərdaxili avtobusların üzərinə. Düzdür, xətlərə əlavə ekspress avtobuslar əlavə olundu, amma bu yenə də sıxlığı aradan qaldırmadı. Bəs səbəb nədir? Avtobusların azlığı, yoxsa sərnişinlərin çoxluğu?

BNA sözçüsü Mais Ağayev problemi icazə alan insanların çoxluğu ilə əlaqələndirir. Onun sözlərinə görə, təkcə ötən gün avtobuslarla 490 min sərnişin daşınıb.
Hər halda, koronavirusun əsasən insanların sıx olduğu yerlərdə daha təhlükəli olması, problemin tezliklə öz həllini tapmasını vacib edir. Əks təqdirdə tətbiq edilən karantinin nə faydası olacaq?
///oxu.az

Xəbər xətti