Çin koronavirusdan ölənlərin sayını yenidən hesablayıb

16:09 - 17 Aprel 2020 - DÜNYA

Çin COVID-19 qurbanlarının siyahısına daha 1 290 nəfər əlavə edib.

“Report” “Euronews”a istinadən xəbər verir ki, bu barədə məlumatı “Xianhua” agentliyi yayıb. Məlumata görə, daha öncə Uhanda 2 579 nəfərin koronavirusdan öldüyü bildirilsə də, bu rəqəm 3 869 nəfərə yüksəldilib. Bildirilib ki, şəhərdə virusa yoluxma hallarının sayı da daha 325 artırılaraq 50 333-ə çatdırılıb.

Açıqlamada evdə ölən xəstələrin qeydiyyata düşməməsi, yetərsiz sayda olan səhiyyə işçilərinin natamam və ya yanlış hesabatları, qurumlararası koordinasiya əskikliyi rəqəmlərin fərqli olmasına yol açdığı vurğulanıb.
Qeyd edək ki, daha öncə mətbuatda Uhanda koronavirusdan ölənlərin sayı yarıbayarı az göstərildiyinə dair xəbər yayılmışdı.

Xəbər xətti