Koronavirusla Mübarizəyə Dəstək Fonduna 112 milyondan çox ianə yığıldı
20:36 - 16 Aprel 2020 - Xəbər
Bu günədək Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləği məlum olub.
Fonda indiyə qədər 112 053 268 manat ianə köçürülüb.
Qeyd edək ki, Prezident İlham Əliyevin martın 19-da imzaladığı fərmanla ölkədə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
///report