Gürcüstanda küçəyə çıxmaq üçün SMS icazə sistemi tətbiq oluna bilər

13:16 - 16 Aprel 2020 - Xəbər

“Gürcüstanda vətəndaşların küçəyə çıxması üçün SMS icazə sistemi tətbiq oluna bilər”.

Bunu Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib. Onun sözlərinə görə, hazırkı vəziyyətdə zərurət yaranmayanda evdən çıxmaq olmaz: “Əks halda Gürcüstan hökuməti ümumi karantin elan etməyə məcbur olacaq. Bu, o deməkdir ki, vətəndaşlar SMS göndərməklə nəzarət altında evdən çıxmalı olacaqlar. Həmin mesajda evdən çıxmağın zərurəti detallı olaraq – məqsəd və hərəkət traektoriyası göstəriləcək. Bu cür sistem digər ölkələrdə uğurla tətbiq olunur. Gürcüstanda da bu sistemin tətbiqi nəzərdən keçirilir”.///report

Xəbər xətti