Məşhur mafiya lideri azadlığa buraxıldı - Foto

10:28 - 16 Aprel 2020 - Xəbər

Türkiyəli məşhur mafiya lideri Alaattin Çakıcı azadlığa buraxılıb. Bu barədə “HaberGlobal” məlumat yayıb. Ankara Sincan Həbsxanasından azadlığa buraxılan A.Çakıcını vəkilləri, ailəsi və yaxın dostları qarşılayıb. REKLAM Qeyd edək ki, A.Çakıcı 1998-ci ildə Fransada yaxalanıb. O, 19 il həbs cəzasına məhkum edilib. Sonradan məhkəmədə çıxış edən A.Çakıcı Türkiyə kəşfiyyatına işlədiyini bildirib. Bəzi iddialara görə, Alaattin Çakıcı “Kurtlar Vadisi” teleserialının əsas personajlarından biri olan “Süleyman Çakır”ın prototipidir. ///oxu.az

Xəbər xətti