Bakıda karantin rejimini pozan sürücülər cərimələnib

09:57 - 16 Aprel 2020 - Xəbər

Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) karantin rejimi qaydalarını pozan sürücülərin statistikasını açıqlayıb

BDYPİ-dən Ucnoqta.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 15.04.2020-ci il saat 00:00-dan 16.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 2923 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 22859 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xəbər xətti