Bakıda FACİƏLİ HADİSƏ: 2 bacı dəm qazından boğulub öldü

09:27 - 15 Aprel 2020 - HADİSƏ

Bakıda iki nəfər dəm qazından boğulub.

Hadisə Xətai rayonu, Gəncə Prospekti ev 34, mənzil 4-də baş verib. Həmin ünvanda kirayəşin kimi yaşayan, Qax rayon sakinləri 1992-ci il təvəllüdlü Aygün Mustafazadə və bacısı 1993-cü il təvəllüdlü Aytən Mustafazadə dəm qazından zəhərləniblər. Mənzildə onların meyitləri aşkar edilib.

Məlumata görə, hər iki qız Bakıda fəaliyyət göstərən "Food İNİ" reklam şirkətində çalışıblar.
Faktla bağlı araşdırma aparılır.///trend

Xəbər xətti