Qaxda 6 otaqlı ev yanıb
09:01 - 15 Aprel 2020 - HADİSƏ
Qax rayonunun Zəyəm kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları yanıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.