TƏBİB Azərbaycanda koronavirusla bağlı aprelin 14-nə olan statistik göstəriciləri açıqlayıb.
Məlumata görə gün ərzində Azərbaycanda koronavirusla bağlı 3 106 test edildiyi bildirilib. İndiyiə qədər ölkə ərazisində 71 736 test aparılıb.
Xatırladaq ki, bu gün Azərbaycanda koronavirusa 49 yeni yoluxma faktı qeydə alınıb. Ölkədə ümumilikdə koronavirusa 1 197 yoluxma aşkarlanıb. Onlardan 351-i sağalıb, 13-ü ölüb. Hazırda aktiv xəstə sayı 833-dür.