Koronavirusdan dünyasını dəyişən məşhurlar- Siyahı

20:06 - 14 Aprel 2020 - DİGƏR

Minlərlə adamın ölümünə səbəb olan koronavirus siyasət, idman və şou-biznes dünyasının simalarına da təsir etdi.

Koronavirusdan dünyasını dəyişən məşhurların siyahısını təqdim edirik:

1. İngiltərə Xarici işlər nazirliyi, Macarıstan Səfirliyində işləyən 37 yaşında vəzifəli diplomat Steven Dick koronavirüs səbəbiylə martın 24-də dünyasını dəyişib.
2. Dünyaca məşhur baş aşpaz Floyd Cardoz 59 yaşında martın 25 -də koronavirusdan dünyasını dəyişib.
3. Tanınmış Afro-caz ustası, saksofonçu Manu Dibanqo 86 yaşında martın 24-də koronavirusdan dünyasını dəyişib.
4. İtalyan həkim, Səhiyyə assosiyasiyasının prezidenti 67 yaşlı Roberto Stella martın 11-də İtaliyada dünyasını dəyişən həkimlərdən biridir.
5. Roberto Stelladan bir həftə sonra daha 12 həkim koronavirusdan dünyasını dəyişib.
6. İspaniya kralı VI Filippin əmisi qızı, şahzadə Mariya Tereza 86 yaşında koronavirusdan dünyasını dəyişib.
7. Amerikalı müğənni Con Prayn 76 yaşında koronavirusdan dünyasını dəyişib.
8. Qadın futzalçılardan ibarət İran millisinin sabiq üzvü 23 yaşlı Elham Şeyxi koronavirusdan dünyasını dəyişib.
9. İspaniyanın "Real Madrid" futbol klubunun sabiq prezidenti Lorenso Sanz 76 yaşında koronavirusdan dünyasını dəyişib.
10. Türkiyənin Səadət Partiyasının Manisa şəhərinin Demirci rayon sədri 54 yaşlı Mehmet Önal koronavirusdan dünyasını dəyişib.
11. Fransada yaşayan idmançı Zəlimxan İbrahimov da koronavirusa yoluxaraq dünyasını dəyişib.
///buta.ws

Xəbər xətti