Bu ölkədə həkimlərin 33 faizi koronavirusa yoluxub

16:30 - 14 Aprel 2020 - DÜNYA

Böyük Britaniyada koronavirus testindən keçmiş həkimlərin 33 faizində nəticələr pozitiv çıxıb.

“Qafqazinfo” “The Daily Mail” qəzetinə istinadən xəbər verir ki, koronavirusa yoluxan tibb işçilərinin ümumi sayı 5733-ə çatıb. Bildirilib ki, bura İngiltərə Milli Səhiyyə Xidmətinin əməkdaşları və koronavirusla mübarizəyə cəlb olunmuş digər səhiyyə orqanlarının əməkdaşları daxildir.

Ölkə üzrə ümumilikdə 88,621 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 11,329 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Xəbər xətti