Cəlilabad rayonunun Abdullu kənd sakini Yusif Nəziyev şəhər ərazisində xüsusi karantin rejimi qaydalarının tələblərinə əsasən idarə etdiyi "Mersedes" markalı avtomobillə polis əməkdaşları tərəfindən saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"un Muğan bürosuna daxil olan məlumata görə, bu zaman onun icazə sistemində qeydiyyatdan keçmədən karantin qaydalarını pozduğu, eyni zamanda başqasına məxsus avtomobili idarəetmə hüququ olmadan sürdüyü müəyyən edilib.
Y.Nəziyev ərazidən uzaqlaşmaq istəsə də Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə gətirilib.
Həmin şəxs inzibati qaydada həbs edilib.