Rusiyanın Ermənistandakı bazasında yanğın olub

13:34 - 14 Aprel 2020 - DÜNYA

Rusiyanın Ermənistanın Gümrü şəhərindəki 102 saylı hərbi bazasında yanğın hadisəsi baş verib. 


Ucnoqta.az” “Aysor”a istinadən xəbər verir ki, məlumatı Ermənistan Fövəladə Hallar Nazirliyi yayıb.

Bildirilib ki, “KamAZ” markalı yük avtomobili Gümrüdəki hərbi hissədə dayanacaqda yanıb. Hadisə yerinə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib. 

Hadisənin elektrik naqillərindəki qısaqapanma nəticəsində baş verdiyi bildirilib./report

Xəbər xətti