Neftçalada yaşayış binasında yanğın olub

10:14 - 14 Aprel 2020 - HADİSƏ

Neftçalada yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Neftçala rayonunun Bankə qəsəbəsində, birmərtəbəli yaşayış binasında ümumi sahəsi 54 m² olan mənzilin tavanı 3 m² sahədə, ümumi sahəsi 54 m² olan digər mənzilin 3 ədəd pəncərə çərçivəsi və içərisində 1 ədəd divan, binaya bitişik ümumi sahəsi 28 m² olan talvarın yanar konstruksiyaları yanıb. Binanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti