Dünyada koronavirusa yoluxanların sayı 1.9 milyonu keçdi

23:31 - 13 Aprel 2020 - DÜNYA

Dünya üzrə koronavirusa yoluxanların sayı 1 milyon 910 min 283 nəfərə çatıb.

Oxu.Az koronavirusla bağlı məlumatların onlayn olaraq daim yeniləndiyi “Worldometer”ə istinadən xəbər verir ki, yoluxma sayına görə ilk yerdə ABŞ (577 min 729 nəfər), ikinci yerdə İspaniya (169 min 496), üçüncü yerdə isə İtaliyadır (159 min 516).

Pandemiyanın yayıldığı Çində isə yoluxma faktı 82 min 160-dır. Koronavirusdan dünya üzrə ölənlərin ümumi sayı 118 min 546 nəfərdir.

Xəbər xətti