Qazaxda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Kosalar kəndində qeydə alınıb. Hərəkətdə olan "RAF" marklı mikroavtobusla "VAZ-2107"nin toqquşması nəticəsində 6 nəfər - 33 yaşlı Ruslan Məmmədov, 19 yaşlı Araz Pənahov, 26 yaşlı İlkin Mustafayev, 30 yaşlı Elnur Xasayev, 26 yaşlı İslam Rəfizadə və 30 yaşlı Kamil Abdullayev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.///qafqazinfo