Çində koronavirusa yoluxanların sayı artdı

09:53 - 13 Aprel 2020 - DÜNYA

Çində yeni növ koronavirusa daha 108 nəfər yoluxub.

Bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər. Bildirilir ki, yeni yoluxma hallarından 98-i xarici ölkələrdən qayıdan yerli vətəndaşlarda, 10-u isə yerli sakinlər arasında aşkarlanıb.

Məlumata əsasən, ötən sutka ərzində ölkədə 2 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Çində yeni növ koronavirsa ümumilikdə 82 160 yoluxma halı, 3 341 ölüm halı qeydə alınıb, 77 mindən artıq insan sağalıb.///trend

Xəbər xətti