Ana səhifə
19 Noyabr 2018

İnterpol bu azərbaycanlı qadınları axtarır - FOTOLAR

Beynəlxalq Polis Təşkilatının – İnterpolun axtarışına verilən şəxslər bölməsində 14 nəfər azərbaycanlı qadının da adı var. “Ucnoqta.az” modern.az-a istinadən hazırda təqib olunan həmin qadınların siyahısını sizə təqdim edir. 1983-cü il təvəllüdlü Noval Səlimzadə noyabrın 20-də Bakıda anadan olub. 1. 72 metr boyundadır. Qrup şəklində həyata keçirilmiş cinayətlərdə ittiham olunaraq axtarışa verilib. Türk və rus dillərini bilir.

 

12 may 1981-ci il tarixdə Şəmkirdə anadan olan Gülşən Əhmədovanın 1.51 metr boyu var. Türk və rus dillərini bilir. O, iki və daha çox şəxsə qarşı həyata keçirilən insan alverinə, həmçinin qadınları fahişəliyə cəlb etmə maddələrinə görə beynəlxalq axtarışdadır. 1971-ci il dekabr ayının 13-də Hacıqabul şəhərində anadan olan Təranə İbrahimova 1.6 boyundadır. Rus və türk dillərini bilir. Qabaqcadan təşkil edilən dəstə tərəfindən insan alverində, bir neçə şəxslə əlbir olub qadınları fahişəliyə cəlb etmədə ittiham olunur.

1956-cı il avqustun 1-də Füzuli rayonunda anadan olmuş Klara Məmmədova isə geniş miqyasda fırıldaqçılıq ittihamı ilə İnterpolun siyahısına düşüb. Qubada dünyaya gələn Sevinc Səlimova xuliqanlıqda ittiham olunur. 2 fevral 1971-cildə doğulan bu qadın rus dilini də bilir.

 

Genişmiqyaslı fırıldaqçılıqla axtarışa verilən Tamam Abdullayeva 7 dekabr 1962-cildə Qubada anadan olub. 18 oktyabr 1954-cü il doğumlu Xalidə Məlikova 1.65 metr boyundadır. Türkmənistanın Aşqabad şəhərində anadan olan azərbaycanlı qadın fırıldaqçılıqda ittiham olunur.

25 iyul ayının 1962-ci ildə Füzulidə anadan olan Almaz Abbasova 1.58 metr boyundadır. Fahişəliyə cəlb etmədə ittiham olunur. Vergidən yayınmaqda günahlandırılan Xeyransa Həsənova 1 noyabr 1951-ci ildə Salyan rayonunda anadan olub. 19 yanvar 1978-ci ildə Goranboyda anadan olan Şöhrət Məmmədova 1.58 metr boyundadır. O, qrup şəklində insan alveri, həmçinin fahişəliyə cəlb etmə maddələri ilə beynəlxalq axtarışa verilib.

 

Alidə Mikayılova 5 aprel 1981-ci ildə Qubanın Qonaqkənd kəndində doğulub. İnsan alveri və fahişəliyə cəlb etmədə ittiham edilir. 27 noyabr 1947-ci ildə Masallı şəhərində doğulan Rəna Həsənova 1.5 metr boyundadır. Genişmiqyaslı zərərə səbəb olduğu üçün axtarışdadır. 1.7 metr boyunda olan, 18 iyun 1956-cı ildə Biləsuvarda doğulan Məlahət Əsədəova mütəşəkkil cinayətlərdə ittiham edilir.

Gülzar Məmmədova 25 mart 1968-ci ildə Ağdaş rayonunun Qoşabulaq kəndində doğulub. İnsan alverində ittiham olunaraq beynəlxalq axtarışa verilib.

Tarix
13 Oktyabr 2014 [15:06]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin