Azərbaycanda vəzifəli şəxs vəfat etdi

09:36 - 13 Aprel 2020 - Xəbər

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Samid Abıyev vəfat edib. Qaynarinfo xəbər verir ki, Samid Abıyev uzun sürən xəstəlikdən sonra həyata gözlərini yumub. Qeyd edək ki, 2008-ci ilin oktyabrında baş verən avtoqəzada Abıyevin iki oğlu, gəlini və azyaşlı nəvəsi həlak olmuşdu. 2009-cu ilin avqustun 12-də Şirvanda baş verən avtomobil qəzasında isə onun üçüncü oğlu həyatını itirib.

Xəbər xətti