Türkiyənin Daxili İşlər naziri istefa verib

22:48 - 12 Aprel 2020 - DÜNYA

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu istefa edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə o, "Twitter" səhifəsində yazıb. S.Soylu bildirib ki, bu həftə sonu 11, 12 apreldə Türkiyənin 31 şəhərində komendant saatının tətbiq olunması birbaşa onun məsuliyyətidir.

Qeyd edək ki, komendant saatının tətbiqinin 10 apreldə gecə saatlarında böyük təşviş yaradıb və mütəxəssislər həmin ərəfədə xəstəliyin daha çox yayıla biləcəyini elan ediblər.

Xəbər xətti