Ana səhifə
21 Avqust 2018

Emin: "Oğlum Əli daha çox anası Leylaya oxşayır..." - FOTOLAR

"Səmimi münasibətlər xoşbəxtliyin əsas cəhətlərindən biridir"

 

Bəstəkar-müğənni Emin Ağalarov oğlanlarından danışıb.

Ucnoqta.az xəbər verir ki, Emin Ağalarov "Nərgiz" jurnalına müsahibəsində heç olmasa həftədə bir gününü onlarla birlikdə keçirdiyini deyib.

"Oğlanlarım mənim hər şeyimdi. Mən onlarla vaxt keçirməkdən böyük həzz alıram və bilirəm ki, bu, qarşılıqlıdır. Biz birlikdə oyun oynayır, idmanla məşğul oluruq", - deyə Emin Ağalarov bildirib.

Emin oğlu Əlinin daha çox anası Leylaya oxşadığını, incəsənətlə maraqlandığını deyib: "Mikayıl isə daha çox mənə oxşayır. Çox inadkardır və istədiyini əldə etməyincə dincəlmir. Onun xüsusi bir istedadı da var, o, çoxrəqəmli ədədləri asanlıqla toplaya bilir".

O, uşaqlarının hər birinin özünəməxsus istedadı olduğunu və bunda həyat yoldaşı Leyla xanımın əməyinin böyük olduğunu deyib: "Leyla onların təhsili, inkişafı ilə məşğul olur, onlara çox vaxt ayırır. Onlar birlikdə olanda Azərbaycan dilində danışırlar. Mənimlə isə uşaqlar rus, ingilis dillərində danışırlar, biz fransız dilini öyrənirik".

Ağalarov öz atası ilə münasibətlərindən də danışıb. O, müsahibəsində atasının onun üçün nümunə olduğunu deyib: "Düzdür, bəzən biz mübahisə də edirdik. Onda mənə elə gəlirdi ki, mən nələrisə ondan daha yaxşı bilirəm. Bəlkə də mən haqlı idim. Atamın müdrikliyi ondadır ki, o məhz həmin anlarda mənə sərbəstlik verirdi. Çünki əgər valideyn övladlarını daim qoruyarsa, övlad heç nəyi öyrənməyəcək. Atam daim deyirdi: "Biznes həmişə riskdir. Əgər heç nə ilə risk etmirsənsə, bu nə risk olacaq?!".

Emin ailəsi ilə səmimi olsa da, onların şəxsi işlərə qarışmadıqlarını və bunun əslində müsbət cəhət olduğunu deyib: "Biz tez-tez bir-birimizi qonaq çağırırq. Mənim valideynlərim cavandırlar və mən onların yanında özümü rahat hiss edirəm. Mənim fikrimcə, belə münasibətlər xoşbəxtliyin əsas cəhətlərindən biridir".(Anspress.com)

 

Tarix
19 Yanvar 2015 [17:41]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin