Ombudsman Aparatının əməkdaşları könüllü qan veriblər

Ölkəmizdə irsi qan xəstəlikləri ilə mübarizə aparılması istiqamətində ardıcıl və məqsədyönlü işlər görülür və bunun nəticəsi kimi bəhs olunan sahədə böyük irəliləyişlər əldə edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın qayğısı nəticəsində Respublika Talassemiya Mərkəzində xəstələrin normal həyat fəaliyyəti təmin olunur, talassemiyalı xəstələr bu mərkəzdə daimi müalicə alır, eləcə də müvafiq tədbirlər nəticəsində qan və onun komponentləri ilə təmin edilirlər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ölkəmizdə qan xəstəliklərindən, o cümlədən talassemiyadan əziyyət çəkən uşaqların sağlam insan qanına ehtiyacını nəzərə alaraq dəfələrlə ictimaiyyətin diqqətini bu məsələyə yönəldib, müxtəlif vaxtlarda qanvermə aksiyaları keçirib.

Qurumdan Ucnoqta.az-a verilən məlumata görə, Ombudsman Aparatının bir sıra əməkdaşları da öz təşəbbüsləri ilə talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq üçün könüllü qan veriblər.
Qeyd edək ki, irsi qan xəstəliyi olan talassemiyanın müalicəsində qanköçürmə mühüm rol oynayır. Qanvermə həkim nəzarəti altında həyata keçirilir və yalnız sağlamlıq vəziyyəti buna imkan verən şəxslərdən götürülür.

Ombudsman Aparatının əməkdaşları sağlamlığı və yaşı qan vermək üçün uyğun olan hər bir insanı aksiyada fəal iştirak etməyə çağırırlar.

Tarix
12 Aprel 2020 [18:04]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2020-04-12 18:04:19
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Xüsusi karantin rejiminə əməl edirsiniz?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin