Rusiyada koronavirusa yoluxanların sayı 16 minə yaxınlaşıb

15:56 - 12 Aprel 2020 - Xəbər

Rusiyada yeni koronavirusa yoluxanların sayı son sutkada 2 186 nəfər artıb və hazırda ölkənin 82 bölgəsində 15770 nəfər təşkil edir.


Bunu ölkənin yeni koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üzrə operativ qərargahından bildiriblər.

Bildirilib ki, hazırda 291 nəfər sağalıb, 130 nəfər vəfat edib:

"Sutka ərzində 24 koronavirus xəstəsi ölüb. Rusiya üzrə bütün dövr əzində 130 nəfər həyatını itirib".

Xəbər xətti