Avstriya hökuməti vətəndaşlarını ABŞ-ı tərk etməyə səslədi

15:59 - 12 Aprel 2020 - DÜNYA

Avstriyanın Federal Xarici işlər nazirliyi Aleksander Şallenberq ölkə vətəndaşlarını koronavirus təhlükəsinə görə ABŞ və Türkiyəyə səfər etməməyə çağırıb.

TASS xəbər verir ki, o, bunu yerli ORF radiosuna müsahibəsi zamanı bildirib. Nazir həmçinin hazırda ABŞ-da olan vətəndaşları da mümkün qədər tez ölkəni tərk etməyə çağırıb. Türkiyədə olan Avstriya vətəndaşlarına gəlincə, hazırda iki ölkə arasında uçuşlar dayandırıldığı üçün bu mümkün deyil. Nazir həmin ölkədə olan soydaşlarına Ankaradakı səfirliyə müraciət etməyi tövsiyə edib.

Hazırda Avstriyanın səyahət xəbərdarlığı etdiyi ölkələrin sayı 26-dır. Siyahının genişlənəcəyi istisna edilmir. 

Xəbər xətti