Almaniyada koronavirusdan sağalanların sayı yoluxanları ötdü

14:31 - 12 Aprel 2020 - DÜNYA

Almaniyada epidemiya başlayandan bəri ilk dəfə koronavirusdan sağalanların sayı yoluxanların sayını keçib.

Bu barədə Robert Kox İnstitutu (Səhiyyə Nazirliyinə tabedir) bildirib. Məlumata görə, Almaniyada təsdiqlənmiş yoluxma hallarının sayı 120 479 nəfərdir, 60 200 virus daşıyıcısı sağalıb. Müalicə alan 2 673 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Beləliklə, yoluxanların sayı 57 606 nəfərdir.

Almaniyada koronavirus daha çox Bavariya əyalətində yayılıb.
İnstitutun məlumatına görə, burada 32 282 nəfər koronavirusa yoluxub, 786 nəfər həyatını itirib. Şimali Reyn-Vestfaliyada 24 267 yoluxma və 495 ölüm qeydə alınıb. ///report

Xəbər xətti