Karantin rejimini pozan 15 minə yaxın hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib

11:27 - 12 Aprel 2020 - Xəbər

Baş Dövlət Yol Polisi İdarəsi  ölkə ərazisində tətbiq edilmiş xüsusi karantin rejimi ilə əlaqədar 11.04.2020-ci il saat 00:00-dan 12.04.2020-ci il 00:00-dək olan müddət ərzində DYP əməkdaşları tərəfindən görülmüş işlər barədə məlumat yayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən Ucnoqta.az-a verilən məlumata görə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 11.04.2020-ci il saat 00:00-dan 12.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1753 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 14980 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Xəbər xətti