Şabranda ana və oğlunu güllələyərək öldürən şəxs saxlanılıb

11:04 - 12 Aprel 2020 - Xəbər

Ötən gün Şabranın Zeyvə kəndində ana və oğlunu ov tüfəngi ilə güllələyərək öldürən şəxs saxlanılıb. 

Qətli törətdikdən sonra hadisə yerindən qaçan 1986-cı il təvəllüdlü  İslamov Nahid Eynulla oğlu gecə saatlarında hüquq mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, hadisə zamanı N.Islamov həmkəndliləri 1963-cü il təvəllüdlü  Mahmudova İstək Əlyar qızı və onun oğlu 1983-cü il təvəllüdlü Məmmədov Məhəbbət Elman oğlunu ov tüfəngi ilə güllələyərək qətlə yetirib.

Faktla bağlı Şabran rayon prokurorluğunda cinayət işi açılıb, istintaq  davam etdirilir. ///Apa

Xəbər xətti