Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Keçmiş məhbus ana və oğlunu güllələdi

19:51 - 11 Aprel 2020 - HADİSƏ

Şabranda qətl hadisəsi törədilib.

Hadisə Zeyvə kəndində baş verib. Belə ki, bu yaxınlarda həbsdən buraxılan Nahid Məmmədov 1963-cü il təvəllüdlü İstək adlı qadını və onun oğlu, 1983-cü il təvəllüdlü Məhəbbət adlı şəxsi ov tüfəngindən atəş açaraq öldürüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.///report

Xəbər xətti