Türkiyədə koronavirusa yoluxanların sayı artıb. Amma qardaş ölkədə təyyarə reyslərini bərpa etmək qərarına gəliblər.
Bizimyol.info xəbər verir ki, mayın 1-dən daxili reyslər bərpa olunacaq. “Türkiyə Hava Yolları” bilet satışlarına başlayıb. Sosial şəbəkələrdə paylaşılan fotolarda İstanbul-İzmir reysinə bilet almağın mümkünlüyü diqqət çəkir.
“Twitter”də təyyarə uçuşlarının bərpası böyük sevinclə qarşılanıb. Şəbəkə istifadəçiləri Nigeriyaya da reyslərin bərpa olunduğunu yazıb.
Türkiyədə uçuşlar martın sonlarında dayandırılmışdı. Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bir neçə gün əvvəl Atatürk və Sancaktəpə hava limanlarının 1000 yerlik xəstəxanalara çevriləcəyini bildirmişdi.