Elmar Məmmədyarov Lavrovla telefonla danışıb

22:09 - 10 Aprel 2020 - SİYASƏT

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarovun rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində deyilir. Bildirilir ki, tərəflər mövcud vəziyyəti və hər iki dövlətin COVID-19 ilə mübarizə çərçivəsində gördüyü tədbirləri müzakirə ediblər: "Nazirlər gələn həftə Azərbaycan və Rusiya əməkdaşlığının gündəliyindəki məsələlər ətrafında daha geniş müzakirələrin aparılmasına dair razılığa gəliblər".

Xəbər xətti