İmişlidə ikimərtəbəli evdə yanğın olub

15:14 - 9 Aprel 2020 - HADİSƏ

İmişlidə ikimərtəbəli evdə yanğın olub.

Ucnoqta.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Aranlı kəndində ümumi sahəsi 200 m² olan, tavanı qamışdan ibarət ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar 100 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən aidiyyəti üzrə aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər xətti