Mənzildən 2 qardaşın meyiti tapıldı

11:57 - 9 Aprel 2020 - HADİSƏ

Rusiyanın Moskva şəhərində mənzillərdən birində iki qardaşın meyiti tapılıb.

REN TV xəbər verir ki, qohumları polislə əlaqə saxlayaraq, uzun müddətdir qardaşlarla əlaqə yarada bilmədiklərini deyiblər. Polis işçiləri onların yaşadığı mənzilə gələndə qapını açan olmayıb. Qapını açaraq evə daxil olan hüquq-mühafizə orqanı işçiləri burada iki cəsəd aşkar ediblər. Həmin şəxslərin üç ay əvvəl öldükləri məlum olub.

İlkin məlumatlara görə, qardaşlar intihar ediblər.
Hadisənin təfərrüatı araşdırılır.///oxu.az

Xəbər xətti