Baş nazir Milli Məclisdə videohesabat verəcək

15:38 - 8 Aprel 2020 - Xəbər

Milli Məclisdə Baş nazirin plenar iclasda videohesabatı dinləniləcək.

Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. O bildirib ki, parlamentin aprelin 9-da keçiriləcək iclasında Baş nazir Əli Əsədovun videohesabatında Nazirlər Kabinetinin 2019-cu il üzrə fəaliyyətini təqdim edəcək.


Videohesabat təqdim olunandan sonra aparılacaq müzakirələr zamanı deputatlar tərəfindən səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək Nazirlər kabinetinə göndəriləcək.
Yaşı 65-i keçmiş deputatların plenar iclasda iştirakına gəlincə, A. Təvəkküloğlu bildirib ki, onlardan xahiş olunub ki, karantin rejiminin qaydalarına əməl olunsun.

Xəbər xətti