Ana səhifə
19 Sentyabr 2018

Babək prospektində yeni keçid hazırdı

Paytaxtın Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində tikilən yeni yeraltı piyada keçidinin tikintisi başa çatmaq üzrədir. “Ucnoqta.az” xəbər verir ki, keçiddə son tamamlanma işləri aparılır.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, artıq əsas işlər yekunlaşıb. Hazırda tavan hissəsinin rənglənməsi, işıqlandırma sisteminin və məhəccərlərin quraşdırılması işləri gedir.

Məlumat üçün bildirək ki, keçidin uzunluğu 88, eni 8, hündürlüyü 3 metrdir. İki giriş-çıxışı olacaq keçiddə əlil arabalarının hərəkəti üçün xüsusi yer, müasir işıqlandırma, qrunt sularının kənarlaşdırılması üçün nasosxana nəzərdə tutulub.

Oktyabr ayının sonuna kimi bütün işlər yekunlaşacaq.

 

Tarix
13 Oktyabr 2014 [14:58]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin