Akif Çovdarov və Sübahir Qurbanov azadlığa buraxılıb

12:47 - 7 Aprel 2020 - Xəbər

Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar 9 saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.

Sərəncamla cəzaçəkmə müəssisəsindən 8 nəfər azadlığa buraxılıb.  Onların arasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi general-mayor Sübahir Qurbanov da var.///Apa

Xəbər xətti