Tibbi maska istehsalına başlanması indiki dönəmdə mühüm hadisə sayılmalıdır

15:45 - 7 Aprel 2020 - Xəbər

 “Bütün ölkələrdə tibbi ləvazimat və qoruyucu vasitələrin, o cümlədən tibbi maskanın böyük qıtlığı yaşandığı bir vaxtda koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqətindədir.

Bunu son dövrlərdə görülən işlər də sübut edir. Dövlət başçısı əhalinin sağlamlığının təmin olunması məsələsinə xüsusi diqqətlə yanaşaraq aidiyyəti dövlət qurumlarına tapşırıqlar verdi, özəl şirkətlər dövlətin dəstəyi ilə qısa müddətdə tibbi maska istehsalı avadanlığının və xammalın Azərbaycana gətirilməsinə nail oldular”. Ucnoqta.az xəbər verir ki, bunu “Ekologiyanın Qorunmasına Kömək” İB-nin sədri Sadıq Sadıqov bildirib.

O qeyd edib ki, tibbi maska istehsalına başlanması indiki dönəmdə mühüm hadisə sayılmalıdır: “Şəxsən Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse prezident Mehriban xanım Əliyevanın aprelin 6-da Sumqayıt Kimya Sənaye Parkında yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak etmələri isə səhiyyə, sağlamlıq kimi mühüm məsələlərin ən yüksək səviyyədə nəzarətdə olmasından xəbər verdi. Ölkə Prezidentinin tibbi maska istehsalı məsələsinə bu qədər həssaslıqla diqqət ayırması vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən də yüksək dəyərləndirilir!”.

Xəbər xətti