Dünyada koronavirusa yoluxma və ölüm halları azalıb

09:47 - 7 Aprel 2020 - Xəbər

Dünyada 1 347 235 nəfərin COVID-19 testləri pozitiv nəticələnib, 74 767 ölüm faktı qeydə alınıb, sağalanların sayı isə 286 095 nəfərə çatıb. Hazırda 47 249 nəfərin vəziyyəti ağırdır.

“Report” “Worldometers”ə istinadən xəbər verir ki, ölkələr üzrə yoluxmalar və ölüm hallarının sayı azalıb. Yeni yoluxma ABŞ (625), Çin (32), Braziliya (49), Cənubi Koreya (47), Meksika (296), Yeni Zelandiya (54), Qazaxıstan (8), Honduras (7), Qana (73), Qırğızıstan (12), Boliviya (11) və daha beş ölkədə qeydə alınıb.

Avropada koronavirusun daha çox yayıldığı Fransa, İtaliya, İspaniya, Almaniya və bir çox Qərb ölkələrində yeni yoluxma və ölüm halları qeydə alınmayıb. 

Xəbər xətti