Böyük Britaniyanın Baş Naziri reanimasiyaya yerləşdirildi- XİN başçısı onu əvəzləyəcək

23:53 - 6 Aprel 2020 - DÜNYA

Koronavirusa yoluxan Böyük Britaniyanın Baş Naziri Boris Consonun vəziyyəti pisləşdiyindən reanimasiya şöbəsinə yerləşdirilib.

Bu barədə hökumət başçısının ofisi tərəfindən yayılan məlumatda deyilir. “Bu gecə Baş Nazirin vəziyyəti pisləşdi və həkimlərinin tövsiyəsi ilə o, reanimasiya şöbəsinə köçürüldü. Baş Nazir Xarici İşlər naziri Dominik Raabdan xahiş etdi ki, onu əvəzləsin”, - deyə sənəddə qeyd olunub.///Apa

Xəbər xətti