Goranboyda avtomobil aşıb, xəsarət alanlar var

23:19 - 6 Aprel 2020 - HADİSƏ

Goranboyda mikroavtobusun aşması nəticəsində 3 nəfər xəsarət alıb.

Hadisə Yuxarı Ağcakənd qəsəbəsindən keçən avtomobil yolunda baş verib. "Mercedes Vito" markalı sərnişin mikroavtobusu idarəetmədən çıxaraq aşıb. Hadisə nəticəsində biri ağır olmaqla 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yüngül xəsarət alan iki yaralıya yerində tibbi yardım göstərilib. Digər sərnişin - 1983-cü il təvəllüdlü Köçəri Şirinli isə Goranboy rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.///Apa

Xəbər xətti