Zərdabda 16 yaşlı qız dərmandan zəhərlənib

12:17 - 6 Aprel 2020 - Xəbər

Zərdab rayonunda zəhərlənmə hadisəsi baş verib.

Hadisə aprelin 5-i rayonun Bəyimli qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini, 2004-cü il təvəllüdlü G.M dərman preparatı qəbul edib. Daha sonra onun halı pisləşib və Zərdab Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda G.Mirzəyevanın səhhəti ağır olaraq qiymətləndirilir. Onun səhhətinin normallaşdırılaraq Respublika Toksikologiya Mərkəzinə göndərilməsi üçün tibb personalı tərəfindən reanimasion tədbirlərin aparılması davam etdirilir.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.///report

Xəbər xətti