Bu gündən hava şəraiti dəyişəcək

12:12 - 6 Aprel 2020 - Xəbər

Azərbaycanda bu gündən hava şəraitinin soyumasına arktik hava kütlələrinin Şərqi Avropadan keçərək ölkə ərazisinə daxil olması səbəb olub.

Ucnoqta.az xəbərverir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunun direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov deyib. Onun sözlərinə görə, bu gündən başlayaraq, aprelin 9-u gündüzədək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun tədricən aşağı enəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

M.Həsənov qeyd edib ki, aprelin birinci və ikinci ongünlüyündə ölkənin dəniz səviyyəsindən 1000-1500 metrdən yüksək olan dağlıq ərazilərinə qarın yağması mümkündür və belə hal bu dövr üçün xarakterikdir: “Bu dövrdə qarın yağması ötən illər ərzində də müşahidə edilib. Biz bu dəfə də hava şəraitinin dəyişməsi nəticəsində dəniz səviyyəsindən 1000-1500 metr yüksəkdə yerləşən kəndlərimizə qarın yağmasının şahidi ola bilərik”.

Xəbər xətti